Britaniya virusu Azərbaycana necə gəlib? – AZAL-a İTTİHAMbackend

Britaniya virusu Azərbaycana necə gəlib? – AZAL-a İTTİHAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycanda da “Britaniya ştammı”na yoluxanlar var.

NOCOMMENT.az xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, indiyədək ölkəmizdə “COVID 19”-un “Britaniya ştammı”na və digər ştammlara yoluxma olub-olmamasını yoxlamaq üçün mütəmadi olaraq genom analizi aparılıb.

Qeyd olunub ki, aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977, 1961, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun “Britaniya ştammı” aşkarlanıb. Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib.

Əlbəttə, bu məsələ ilə bağlı çoxsaylı suallar var. Məsələn ReAL partiyasının icraçı katibi Natiq Cəfərli özünün Facebook hesabında aidiyyəti quurmlara suallar ünvanlayıb:

Brincisi, AZAL-ın daxili və ölkənin qaydalarına görə uçağa ancaq mənfi testi olan insanlar buraxılır. İkincisi, əgər belədirsə, o 3 nəfər yoluxmuş təyyarəyə necə minib? Üçünücüsü, belə çıxır ki, AZAL və Operativ Qərargah öz işini yaxşı görmür, xaricdə edilən testlər fiksiyadır…

Dördüncüsü, yox, əgər testlər doğru aparılır və nəzarət güclüdürsə, o 3 nəfərin harda və necə yoluxması haqqında niyə məlumat yoxdur?..”.

Göründüyü kimi, N.Cəfərli də şəffaflığın olmadığından narahatdır. Ən azından ya əməldə, ya da sözdə…

Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu iddialar barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Ola bilsin, müayinə dəqiq aparılmayıb, səhlənkarlıq olub. Lakin dəqiq söz demək çətindir. Məsələ ciddi araşdırılmalıdır. Yalnız bundan sonra konket danışmaq mümkündür”. / DİA.az