Britaniya XİN başçısı Livandakı vəziyyətlə bağlı təcili iclas keçiribbackend

Britaniya XİN başçısı Livandakı vəziyyətlə bağlı təcili iclas keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi Livandakı vəziyyəti müzakirə etmək və Britaniya vətəndaşlarının təxliyəsi tələb olunacaq hər hansı bir eskalasiyaya hazırlıq məqsədilə “COBRA” komitəsinin təcili iclasını keçirib.

NOCOMMENT.az istinadla xəbər verir ki, iclas Hizbullahın rabitə cihazlarına qarşı hücumlar dalğasından sonra çağırılıb. Devid Lemmi Böyük Britaniyanın hər hansı ehtimala hazırlığını etmək istəyir.

Qeyd edək ki, yay aylarında İsrail və “Hizbullah” hərəkatı arasında gərginliyin artdığı dövrdə Britaniya vətəndaşlarının Livandan təxliyəsi üçün ordu hazır vəziyyətə gətirilmişdi. Bölgədə iki təxliyə əməliyyatları üçün iki gəmi yerləşdirilmişdi.

Britaniyanın hərbi gəmilər bölgədə qalmağa davam edir. Nazirlikdən verilən məlumata görə, son günlər Yaxın Şərqdə gərginliyin yenidən artmasının ardından hazırlığın gücləndirilməsi gözlənilir.

 

 

Aytən Abbaslı