Britaniya XİN rəhbəri İsraildədir – Görüşün əsas mövzusu…backend

Britaniya XİN rəhbəri İsraildədir – Görüşün əsas mövzusu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrailə gedib.

NOCOMMENT.az xəbər verir ki, nazir İsrail rəsmiləri ilə görüşdə əsas müzakirə mövzusunun girovların geri qaytarılmasının olacağını deyib.

O, İsrailin İrana “ağıllı” cavab verməli olduğunu bildirib. Kemeron həmçinin G7-ni İrana qarşı sanksiyaların tətbiqinə çağırıb.

Qeyd edib ki, Böyük Britaniya İranda onlarla şəxsə sanksiya tətbiq edib.