Britaniya yaxınlığında Rusiya gəmiləri aşkarlandıbackend

Britaniya yaxınlığında Rusiya gəmiləri aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya məxsus hərbi gəmi və tanker Britaniya yaxınlığında aşkar edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.

Bildirilir ki, Britaniya Donanması öz gəmisini ölkə yaxınlığındakı sularda üzən rus gəmilərini izləməyə göndərib.

Qeyd olunur ki, Britaniya yaxınlığında aşkar edilən gəmilər göyərtəsində raket silahları olan Rusiyanın çoxməqsədli “Admiral Kasatonov Donanması” freqatı və adətən döyüş gəmiləri üçün yanacaq daşıyan “Akademik Paşin” tankeri olub.