Britaniya Zelenski rejiminin dağıldığını elan etdibackend

Britaniya Zelenski rejiminin dağıldığını elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı nazirlərin kütləvi şəkildə istefası Ukrayna prezidenti Vladimir Zelenski rejiminin tezliklə dağılacağından xəbər verir.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Britaniya İrs Partiyasının lideri Devid Perteyn özünün X sosial şəbəkə hesabında (keçmiş Twitter) bildirib.

Siyasətçi qeyd edib ki, “Zelenski rejimi sürətlə süqutla üz-üzədir”.

Sentyabrın 3-də Ukraynanın bir neçə naziri istefa verdi ; Xalq deputatı Yaroslav Jeleznyak ədliyyə naziri Denis Malyuska, strateji sənaye naziri Aleksandr Kamışin, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Kovalın istefa vermələrinə aydınlıq gətirib.

Həmçinin, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sentyabrın 4-ü səhər saatlarında istefa verib.