Britaniyada infrastruktur obyektlərinin mühafizəsi üçün xüsusi qvardiyanın yaradılması planlaşdırılırbackend

Britaniyada infrastruktur obyektlərinin mühafizəsi üçün xüsusi qvardiyanın yaradılması planlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada elektrik stansiyaları və hava limanları kimi kritik infrastruktur obyektrlərinin mühafizəsi üçün min nəfərlik könüllülərdən ibarət xüsusi qvardiyanın yaradılması planlaşdırılır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Məlumata görə, qvardiyanın əsas vəzifəsi infrastruktur obyektlərini düşmən dövlətlər və terrorçuların mümkün hücumlarından qorumaq olacaq.

Qeyd olunur ki, bu təşəbbüs 1940-cı ildə – Böyük Britaniya nasist Almaniyasının işğalı təhlükəsi ilə üz-üzə qaldığı dövrdə yaradılmış mülki müdafiə dəstələrinin nümunəsi əsasında hazırlanır.