Britaniyanın mənzil maliyyələşdirmə şirkəti olan “Halifax” 2024-cü ildə ölkədəki mənzil qiymətlərindəki dəyişikliyi açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Britaniyada orta ev qiyməti 2024-cü ildə 3,3 faiz artaraq 297 min 166 sterlinq (633 min manat) olub. Ötən ilin dekabrında qiymətlər əvvəlki ilin dekabrına nisbətən 0,2 faiz azalıb.
Qiymətlər 5 ay dalbadal artdıqdan sonra dekabrda ilk dəfə cüzi eniş göstərib. Dekabrda illik müqayisədə ev qiymətlərinin ən kəskin artımı 7,4 faizlə Şimali İrlandiya olub. Şimali İrlandiyada orta ev qiyməti 205 min 895 sterlinqə (438,5 min manat) yüksəlib.
İngiltərənin paytaxtı London Britaniyada ən baha evlərin olduğu yaşayış məntəqəsidir. Londonda mənzil bazarında orta qiymət 3,3 faiz artaraq 547 min 614 sterlinq (1,166 milyon manat) təşkil edib.\\Sfera.az