Böyük Britaniyada Leyboristlər Partiyasından olan deputat Den Norris uşaqlara qarşı cinsi zorakılıq və digər oxşar cinayətlərdə şübhəli bilinərək polis tərəfindən həbs edilib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
“Den Norris polisin evinə basqın etdikdən sonra nəzarətə götürülüb”, – qəzet yazır.
Həbsindən sonra Norris partiyadan uzaqlaşdırılıb.
İşi araşdıran Eyvon və Somerset qraflığı polisindən bildirilib ki, 2024-cü ilin dekabr ayında başqa qraflığın polis idarəsi uşaqlara qarşı cinsi cinayətlərin törədilmısi iddiası ilə bağlı işi onlara yönləndirib: “Bunların əksəriyyətinin 2000-ci illərdə baş verdiyi güman edilir, lakin biz 2020-ci illərə aid zorlama iddialarını da araşdırırıq”.
Hazırda istintaqın ilkin mərhələdə olduğu bildirilir.