Britaniyada Yaxın Şərqdəki müharibədən sonra terror riski “görünməmiş” səviyyədədirbackend

Britaniyada Yaxın Şərqdəki müharibədən sonra terror riski “görünməmiş” səviyyədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada terror hücumları təhlükəsi İsrail və HƏMAS arasında müharibə başlayandan bəri “görünməmiş” səviyyədədir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Fox News-a London polis rəisinin köməkçisi Mett Jewkes bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdə hərbi əməliyyatlar başlayandan sonra mümkün terror aktları ilə bağlı polisə edilən zənglərin sayı 25% artıb. Jewkes deyir ki, daha təhlükəli və qeyri-sabit bir dövrü xatırlamaq çətindir.

İsrail və HAMAS arasındakı müharibə islamçı ekstremistlər arasında “fövqəladə miqdarda” onlayn məzmun və dezinformasiya ilə təkan verən yeni radikallaşma dalğasını sürətləndirib.