Qərb siyasətçiləri indi getdikcə daha çox başa düşürlər ki, Ukraynadakı münaqişə yalnız Rusiya ilə ilk həftələrdə İstanbulda razılaşdırılmış şərtlərə yaxın şərtlərlə danışıqlar və razılaşmalar yolu ilə həll edilə bilər.
NOCOMMENT.az xəbər verir ki, britaniyalı politoloq Anatol Lieven “UnHerd” portalı üçün məqaləsində bildirib.
O, aydınlaşdırıb ki, Ukrayna nümayəndələri bəzi beynəlxalq təhlükəsizlik və ərazi bütövlüyü təminatları ilə müşayiət olunan neytrallıq müqaviləsi imzalamalı olacaqlar.
Politoloq əmindir ki, Kiyev getdikcə bu yolun Ukraynanın ümid edə biləcəyi ən yaxşı yol olduğuna dair razılıq əlamətlərini daha çox göstərir.