Britaniyalı siyasətçi Moskvadan qayıdarkən saxlanılıbbackend

Britaniyalı siyasətçi Moskvadan qayıdarkən saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Leyboristlər Partiyasının lideri Corc Qallovey və onun həyat yoldaşı Moskvadan qayıdarkən terrorla mübarizə qanununa əsasən London hava limanında saxlanılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu haqda “The Daily Telegraph” məlumat yayıb.

Siyasətçi və həyat yoldaşı Putri Qayatri Pertivi sentyabrın 27-də Əbu-Dabidən tranzit olaraq Getvik hava limanına gəliblər.

Məlumata görə terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılan siyasətçi bir müddət sonra heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb.