Britaniya İrs Partiyasının lideri Devid Kerten Böyük Britaniya rəhbərliyini Ukraynanı maliyyələşdirməyi dayandırmağa və diqqəti əhalinin ehtiyaclarına yönəltməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində açıqlama verib.
“Pullarımızı Ukraynaya sərf etməyi dayandırın”, – deyə siyasətçi vurğulayıb.
Kerten həmçinin səlahiyyətlilərdən “təqaüdçülərə, fermerlərə, bizneslərə və özəl məktəblərə qarşı amansız iqtisadi hücumlara” son qoymağa çağırıb.