Britaniyanın Brexit-dən sonra ilk azad ticarət sazişləri bu gün qüvvəyə minirbackend

Britaniyanın Brexit-dən sonra ilk azad ticarət sazişləri bu gün qüvvəyə minir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya hökumətinin bəyanatına görə, Avstraliya və Yeni Zelandiya ilə azad ticarət sazişləri bu gecədən qüvvəyə minəcək.

NOCOMMENT xəbər verir ki, İngiltərənin Brexit sonrası ilk sərbəst ticarət razılaşması olan müqavilələr çərçivəsində bu ölkələrə ixrac edilən bütün mallar üçün gömrük rüsumları qaldırılacaq.

Sövdələşmələrin ölkələr arasında rəqəmsal ticarəti artıracağı, eyni zamanda Böyük Britaniya istehlakçıları üçün daha rəqabətli qiymətlər yaratacağı gözlənilir.

Azad ticarət müqavilələri ilə İngiltərənin Avstraliya ilə ikitərəfli ticarətinin yüzdə 53, Yeni Zelandiya ilə isə 59 faiz artacağı proqnozlaşdırılır.

Böyük Britaniyanın Beynəlxalq Ticarət üzrə Dövlət Katibi Kemi Badenok “bu günün tarixi bir an olduğunu” ifadə edərək, ölkə daxilindəki müəssisələrin bu imkanlardan faydalanacağını və sövdələşmələrin iqtisadi artıma töhfə verəcəyini bildirib.