Danimarka adanın müstəqilliyi məsələsi hər dəfə gündəmə gələndə illərdir Qrenlandiyanı təhdid edir.
NOCOMMENT.az xəbər verir ki, bunu RİA Novosti-yə Qrenlandiya parlamentinin üzvü, ana müxalifət partiyası “Naleraka”nın lideri, adanın keçmiş xarici işlər naziri Pele Broberq deyib.
Siyasətçi vurğulayıb ki, qrenlandiyalılar hər dəfə müstəqillikdən danışmağa başlayanda Danimarka hakimiyyəti təhdidlərə əl atır.
“Hər dəfə biz müstəqillikdən danışanda onlar (Danimarkalılar. — RT) bizi hədələyirlər. Onlar deyirlər: “Əgər bunu etsən, bir daha Danimarkaya getməyəcəksən, təhsilin olmayacaq və s.”, – deyə o vurğulayıb.
Broberq xatırladıb ki, “Naleraka” partiyası 2018-ci ildə parlamentə namizədliyini irəli sürərkən və o, Qrenlandiyanın müstəqillik əldə etməsi planının olduğunu deyərkən, Danimarka hökumətinin başçısı milli mediaya müraciət edib və adanın müstəqillik əldə etməsinin real olmadığını bildirib.
Qrenlandiyanın keçmiş xarici işlər naziri qeyd edib ki, Danimarka siyasətçiləri hələ də Qrenlandiyanın müstəqilliyi haqqında eşitmək istəmirlər. Kopenhagendə adanın özünüidarəsi haqqında mövcud qanuna belə əməl etmirlər.