“Biləsuvar Quşçuluq” ASC-nin əmlakına girov qoyulacaq.
NOCOMMENT.az xəbər verir ki, bu məsələ Biləsuvar Quşçuluq ASC Səhmdarların növbədənkənar ümumi yığıncağında müzakirə ediləcək.
Bundan başqa, yığınacağın gündəliyində başqa məsələlər, “Biləsuvar Quşçuluq” ASC-nin qanuni təmsilçilik funksiyasını icra edən direktorun vəzifədən azad edilməsi və yeni direktorun təyin edilməsi, “Biləsuvar Quşçuluq” ASC-nin əmlakının icarəyə verilməsi, “Biləsuvar Quşçuluq” ASC-nin kreditor borclarının ödənilməsi, digər məsələlər də müzakirəyə çıxarılacaq.
Yığınacaq təşkil edəcək bu şirkət 1998-ci ildən fəaliyyətə başlayıb. 2006-cı ilin avqust ayında dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 788 242 manatdır. Qeyd edək ki, bu MMC-nin qanuni təmsilçisi Şiriyev Elməddin Habil oğludur.
Məlumata görə, yığınacaq iyunun 2-də keçiriləcək.\\Valyuta.az