Brüssel görüşü: Qarabağdakı emənilərin taleyi həll edildibackend

Brüssel görüşü: Qarabağdakı emənilərin taleyi həll edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüsseldə Bakının maraqları kontekstində əsas nəticə Qarabağdakı ermənilərin taleyi ilə bağlı oldu: müharibədən sonra ilk dəfə Xankəndidə qalanlar “Qarabağda etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” adı altında müzakirə edilir;

Qərb masasında qəbul edilir ki, ermənilər Azərbaycanda bütün millətlər kimi bərbərhüquqlu vətəndaş olurlar, digər etnik azlıqlarla eyni hüquqlar verilə bilər: onlara erməni dilində mətbuat, yaxud teatr kimi mədəni təşəbbüslər üçün şərait yaradıla bilər və s;

Hərçənd, sərhəd və kommunikasiyanın açılması məsələsi üzrə razılaşmada suallar yaradan məqamlar var: Aİ “sərhədin hansı kriteriya ilə müəyyən ediləcəyini və sabitliyin necə təmin ediləcəyini tərəflərin öz öhdəsinə” buraxır və bu, Moskvanın prosesə müdaxiləsinə şərait yaradır.

Razılaşmaların praktiki mərhələdə işləyəcəyi ehtimalı azdır, xüsusilə toqquşan və uzalaşan maraqların müxtəlifliyi bölgədə qeyri-sabit perspektiv vəd edir.

Asif Nərimanlı