Brüssel tamaşası hazırlanır: Bakı dözməyəcəkbackend

Brüssel tamaşası hazırlanır: Bakı dözməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan Brüssel görüşünə böyük ümüdlər bəsləyir. Oradan gələn son bəyanatları Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutacaq danışıqlara hazırlıq kimi başa düşmək lazımdır.

NOCOMMENT xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı rəhbərliyinin üzərinə götürdüyü öhdəliklərin icrasını uzatmaq üçün daha hansı “bəhanələr” tapacağını təsəvvür etmək belə çətindir.

“Paşinyanın məqsədi Rusiyanın regiondakı proseslərə təsirini azaltmaq, Qərb ağalarının Cənubi Qafqazda itirilmiş mövqelərini bərpa etməyə çalışmaqdır.

Bu baxımdan, dekabrın 15-də bizi “Brüssel tamaşası” gözləyəcək: Ümumi sözlər… Brüssel heç vaxt hər iki tərəfi eyni vaxtda qane edən prinsipial yenilik ortaya qoya bilməz. Hər şey əvvəllər Moskva tərəfindən Bakı və İrəvanla sıx əməkdaşlıq şəraitində hazırlanıb və onlar tərəfindən qəbul edilib.

Bu gedişlə, İrəvan Brüssel görüşündən sonra da razılaşmalara “təpik atacaq”. Bu halda Bakı başqa təsir tədbirləri görəcək. Bakı artıq səbir nümayiş etdirməyəcək. Necə deyərlər: Xoş söz və tapançayla siz yalnız xoş sözlə qazana biləcəyinizdən daha çoxuna nail ola bilərsiniz”, – deyə müsahibimiz qeyd edib.