Brüsseldə Avropa İttifaqı sammiti keçiriləcəkbackend

Brüsseldə Avropa İttifaqı sammiti keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün və sabah Brüsseldə Avropa İttifaqı sammiti keçiriləcək. İttifaq ölkələrinin dövlət və hökumət başçıları gündəmdə olan xarici siyasət məsələləri müzakirə edəcəklər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının məlumatında bildirilib.

Ukrayna ilə bağlı müzakirədən əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin videobağlantı vasitəsilə çıxışı olacaq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa liderlərinə sammitə dəvət məktubu yazıb. Bildirib ki, Ukrayna ilə bağlı hərbi yardımımızın, xüsusən də hava hücumundan müdafiə vasitələrinin təmin edilməsini intensivləşdirməyə təcili ehtiyac var.

İttifaq liderləri Yaxın Şərqdəki vəziyyəti də nəzərdən keçirəcəklər. Həmçinin Türkiyə ilə münasibətlər və qarşılıqlı əməkdaşlıq da gündəmdə olacaq.