Terror təşkilatı PKK-nın Avropadakı liderləri Zübeyir Aydar və Adem Uzun Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamenti qarşısında PKK lideri Abdullah Öcalan üçün keçirilən nümayişə çıxıblar.
NOCOMMENT.az xəbər verir ki, bu terrorçular Türkiyədə qırmızı siyahıya salınıb.
Brüsseldə keçirilən nümayişdə terrorçuların lideri Öcalanın fotoşəkili olan pankartlar açılıb, PKK lehinə şüarlar, Öcalana dəstək ifadələri səsləndirilib.
Qırmızı bülletenlə axtarışda olan PKK terror təşkilatının Avropadakı liderləri Adem Uzun və Zübeyir Aydarın uzun illərdir Belçikada yaşadığı məlum olub .
Aydar 2009-cu ildə ABŞ, 2011-ci ildə isə Uzun tərəfindən “Xüsusi təyin olunmuş narkotik qaçaqmalçısı” elan edilib.