Brüsseldə kritik GÖRÜŞ – Türkiyə və İsveç anlaşa biləcəkmi?backend

Brüsseldə kritik GÖRÜŞ – Türkiyə və İsveç anlaşa biləcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, NATO-nun Vilnüs sammitdən əvvəl Brüsseldə Türkiyə, İsveç və Finlandiyanın xarici işlər nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçiriləcək.

Yığıncaqda Türkiyəni xarici işlər naziri Hakan Fidan , MİT rəhbəri İbrahim Kalın və prezidentin baş müşaviri Akif Çağatay Kılıç təmsil edəcək.

Ancaq görüşdən əvvəl İsveç hələ də Türkiyənin gözlədiyi addımları ata bilməyib.

Stokholmun terrorla mübarizə qanununa etdiyi dəyişiklik iyunun 1-dən qüvvəyə minsə də, İsveç Ankaranın istədiyi terror təşkilatı PKK və FETÖ üzvlərini hələ də ekstradisiya etməyib.

Ankara açıq şəkildə bildirdi ki, bu addımlar atılmasa, İsveçin üzvlüyünə qırmızı işıq yandıracaq.

Qeyd edək ki, İsveçin müttəfiqliyə üzvlüyünə qarşı çıxan Macarıstan bu prosesdə Türkiyə ilə birgə addım atacağına söz verir.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto Türkiyənin İsveçin NATO-ya üzvlük prosesinə münasibətinin dəyişəcəyi təqdirdə Macarıstanın prosesi ləngitməyəcəyini açıqlayıb. O, həmçinin İsveçin NATO-ya üzvlüyünün təsdiqi ilə bağlı türkiyəli həmkarı ilə əlaqə saxladığını bildirib.

NOCOMMENT