Bryansk vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində iki nəfər yaralanıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, dronlardan biri Klimovski rayonunda Solovyovka və Kamenski Xutor yaşayış məntəqələri arasında hərəkət edən sərnişin avtobusuna zərbə endirib. Nəticədə avtobusun sürücüsü yaralanıb və xəstəxanaya yerləşdirilərək tibbi yardım alıb.
“Avtobusda sərnişin olmayıb”, – deyə açıqlamada vurğulanır.
Bundan əlavə, Brovniçi kəndində biçin zamanı kombayn da PUA hücumuna məruz qalıb. Nəticədə mexanizator yüngül qəlpə xəsarəti alıb və ona lazımi tibbi yardım göstərilib.