BŞTİ məktəblərdə pul yığılmasına münasibət bildiribbackend

BŞTİ məktəblərdə pul yığılmasına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məktəblərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılması iddialarına münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, idarədən report-un sorğusuna cavab olaraq bildirilib ki, BŞTİ məktəblərdə qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edir.

“Ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, BŞTİ-nin Çağrı Mərkəzinə (146-0) və ya Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur”, – deyə idarədən qeyd olunub.