BŞTİ məktəblərin bağlanmasına münasibət bildiribbackend

BŞTİ məktəblərin bağlanmasına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məktəblərin bağlanması bizim qərarımız deyil, bu, yoluxmadan asılı məsələdir”.

NOCOMMENT apa-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

O qeyd edib ki, təhsil müəssisələrində karantin rejiminin müvəqqəti qaydalarına uyğun addımlar atılır, mütəmadi monitorinqlər keçirilir: “Qaydalar tam olaraq yerinə yetirilir. Vaksinasiya da buna görə tətbiq olunur ki, əyani tədrisə tam keçmək mümkün olsun. Karantin rejiminin qaydalarına əməl etmək, vaksinasiyadan keçmək lazımdır”.