BŞTİ: Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaqbackend

BŞTİ: Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, səs yazısına əsasən belə məlum olur ki, direktor müəllimlərin ona ad günündə aldığı hədiyyəni özünə yaraşdırmadığı üçün müəllimləri təhqir edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə haqqında əlavə məlumat veriləcək.