BSU-nun sabiq şöbə müdirinin məhkəməsində şahidlər dindirilibbackend

BSU-nun sabiq şöbə müdirinin məhkəməsində şahidlər dindirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid Elnarə Hüseynova bildirib ki, BSU-ya ikinci ali təhsil üçün müraciət edib, universitetdə D.Əliyevanın yanına yönləndirilib: “O, mənə II kursdan başlayacağımı, oxumadığım bir ilə görə isə əlavə 2 min manat pul verəcəyimi söylədi. Dürdanə Əliyevayanın özünə 2 min manat birbaşa kabinetində, əlavə iki dəfəyə isə 4 min manat bank hesabına köçürdüm. Bankda pulu köçürəndə BSU-nun yox, Dürdanə Əliyevanın şəxsi hesabı oluğunu gördük”.

Daha sonra digər şahid Sevinc İbrahimova dindirilib. O qeyd edib ki, D.Əliyevaya kabinetində təhsil haqqı kimi 4500 manat verib: “Bir müddət sonra mənə universitetdən zəng gəldi. Dedilər ki, 3400 manat da borcum var”.

Şahidin ifadəsinə D.Əliyevanın vəkili etiraz edib. O söyləyib ki, S.İbrahimovanın ibtidai istintaqa verdiyi ifadələri ilə məhkəmədəki ifadələri arasında ziddiyət var. Vəkilin sözlərinə görə, şahid ilkin ifadəsində D.Əliyevaya verdiyi pulun 3 min manatını “şapka” kimi verdiyini deyib.

Məhkəmənin növbəti iclası sentyabrın 13-nə təyin olunub.