BSU-nun sabiq şöbə müdirinin tələbələrdən aldığı məbləğ açıqlandıbackend

BSU-nun sabiq şöbə müdirinin tələbələrdən aldığı məbləğ açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.

Məhkəmə prosesində ittiham aktı elan edilib.

İttihamda görə, Dürdanə Əliyeva Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri olan zaman 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul alıb.

Dürdanə Əliyeva hazırda ifadə vermək istəmədiyini, şahidlər dindirildikdən sonra ifadə verəcəyini bildirib. Dürdanə Əliyeva cinayəti bilib xəbər vermədiyinə görə, özünü qismən təqsirli saydığını deyib.

Qeyd edək ki, məhkəmədə zərərçəkmiş tərəf kimi BSU tanınıb.

Növbəti proses sentyabrın 6-na təyin olunub.