BTQ ilə yük daşımaların həcmi AÇIQLANDIbackend

BTQ ilə yük daşımaların həcmi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə yük daşımaları 540 min ton təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə heyətinin sədri Rövşən Rüstəmov deyib.

R.Rüstəmov qeyd edib ki, 2021-ci illə müqayisədə artım 26,2 faiz və ya 112 min ton olub:

“BTQ iştirakçı ölkələr qarşısında böyük imkanlar açıb, o cümlədən, Avropa məkanına çıxış üzrə imkanlar açıb və Qərb istiqamətində nəhəng potensial yaradıb”.

Qeyd edək ki, 850 kilometrlik Bakı-Tbilisi-Qars dəmiryolu 2017-ci ildə istifadəyə verilib.