Bu 5 əsas ölkəyə məhsul sataraq, milyonlar qazanmışıq – CƏDVƏLbackend

Bu 5 əsas ölkəyə məhsul sataraq, milyonlar qazanmışıq – CƏDVƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin iyun ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi açıqlanıb. 

NOCOMMENT.az rəsmi sayta istinadən xəbər verir ki, Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında birinci yerdə qonşu Rusiya yer alıb. Bu ölkəyə hesabat dövründə 143,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. Ötən ilin eyni dövründə isə kateqoriya üzrə rəqəmlər 114,7 milyon ABŞ dollarını göstərirdi.

Müqayisə etdikdə demək olar ki, Rusiyaya ixrac olunan qeyri-neft məhsullarının ixracı üzrə gəlirlərdə 28,4 milyon ABŞ dolları və ya 24,76% artım olub.

Siyahıda 2-ci yerdə qonşu ölkə Türkiyə qərarlaşıb. Bu ölkəyə ixrac olunan qeyri-neft məhsulları üzrə gəlirlər 35,9 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə isə bu gəlirlər 42 milyon ABŞ dolları olub. Beləliklə, qonşu ölkəyə ixrac olunan qeyri-neft məhsulları üzrə ixrac gəlirlərində 6,1 milyon ABŞ dolları və ya 14,5% azalma müşahidə olunub.

Siyahıda yer alan bir digər qonşu ölkə Gürcüstandır. Gürcüstana bu ilin iyun ayında 29,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları satılıb. Ötən il isə bu göstərici üzrə rəqəmlər 17,9 milyon ABŞ doları təşkil edib. İllik müqayisədə bu ölkəyə ixrac olunan məhsullar üzrə gəlirlərdə 11,4 milyon ABŞ dolları dəyərində və ya 63,68% artım qeydə alınıb.

4-cü yerdə 23,6 milyon ABŞ dolları ilə İsveçrə yer alıb. İsveçrəyə ixrac olunan qeyri-neft məhsulları üzrə gəlirlər 9,3 milyon ABŞ dolları və ya 69,78%  artıb. Belə ki, ötən il İsveçrəyə 13,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları satılıb.

Sonuncu – 5-ci yerdə isə 19,3 milyon ABŞ dolları ilə Ukrayna qeydə alınıb. Ötən il isə Ukraynaya 10,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Nəticədə bu ölkəyə ixrac olunan qeyri-neft məhsullarından əldə olunan gəlir 8,5 milyon ABŞ dolları və ya 78,70%  artıb.