Bu abidə ermənilərin Dağlıq Qarabağa köçürüldüyünü sübut edirbackend

Bu abidə ermənilərin Dağlıq Qarabağa köçürüldüyünü sübut edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1978-ci ildə Dağlıq Qarabağda yaşayan erməni icması Türkmənçay müqaviləsindən sonra İrandan ilk 200 erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə keçmiş Ağdərə rayonunun Marağa kəndi ərazisində “MARAĞA 150” abidəsi ucaltmışdı.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması məlumat paylaşıb.

Qeyd olunub ki, sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının kəskinləşməsiylə, abidə ermənilər tərəfindən dağıdılıb:

“Ancaq, dağılmağa məruz qalmasına baxmayaraq, abidənin qalıqları hələ də oradadır və yeni inzibati ərazi bölgüsünə əsasən, Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində yerləşir. Təmas xəttinə çox yaxın olmasına baxmayaraq, ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir və gedib abidənin qalıqlarını öz gözlərinizlə də görə bilərsiniz”.