ABŞ-ı iflas gözləyir, əgər Ali Məhkəmə ABŞ Prezidenti Donald Tramp tərəfindən tətbiq olunmuş idxal gömrük rüsumlarının əksəriyyətini qanunsuz hesab edərsə.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Ağ Evin ticarət məsələləri üzrə müşaviri Piter Navarro bildirib.
Navarro qeyd edib ki, ABŞ Apellyasiya Məhkəməsinin Trampın tətbiq etdiyi rüsumları bloklayan qərarı Ağ Evin bütün xarici iqtisadi proqramını sual altına qoyub. Prezidentin müşaviri bu qərarı “partiya yönümlü ədalətsizliklərin ən pis nümunəsi” adlandırıb. Onun sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar ölkənin gələcəyinə təsir göstərəcək.
“Əgər biz işi uduzsaq, prezident Tramp haqlı olacaq. Bu, Amerika Birləşmiş Ştatlarının sonu olacaq”, – deyə Navarro yekunlaşdırıb.