Bu açıqlama Ermənistanda xaos və qarşıdurma yarada bilərbackend

Bu açıqlama Ermənistanda xaos və qarşıdurma yarada bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın hərbi rəhbərliyi hərbi əməliyyatlar başlanan ilk gündən real rəqəmləri gizlədir.

NOCOMMENT.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında hərbi-siyasi analitik Ramil Məmmədli deyib. Onun sözlərinə görə, Ermənistan son günlər ümumiyyətlə öz itkilərini açıqlamır: “Bu, təkcə son günlərin hadisəsi deyil, Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Qarabağdakı itkilərin açıqlanması Ermənistan cəmiyyətində xaos və qarşıdurma yarada bilər. Bu səbəbdən də hətta azad etdiyimiz ərazilərdə qalan erməni hərbçilərinin meyitlərini belə ərazidən gəlib götürməyə risk etmirlər”.

Ekspert bildirib ki, ümumiyyətlə Ermənistan ordusunun itkiləri hakimiyyətin yaratdığı vəziyyətlə əlaqədardır: “Əgər Ermənistan hakimiyyəti vaxtında qərar verib işğal altındakı ərazilərin geri qaytarılmasını təmin etsəydi və bunu xalqa anlatsaydı, bu qədər itki verməzdi. Ermənistan rəhbərliyinin qərar verməməsi, səhv siyasət yürütməsi bu gün həddindən artıq itki vermələri ilə nəticələnib”.