Bu adalarda yalnız COVID-19-dan sağalanlar istirahət edə bilərlərbackend

Bu adalarda yalnız COVID-19-dan sağalanlar istirahət edə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyaya məxsus Fernando de Noronya adaları bu il aprelin əvvəlindən ətraf aləmdən təcrid olunmuş vəziyyətə son qoyaraq sentyabrın 1-dən turistlər üçün yenidən açılır. Lakin buraya gəlmək istəyənlər COVID-19 virusuna yoluxub sağaldıqlarına dair sənəd təqdim etməlidirlər.

NOCOMMENT.az adaları təşkil edən inzibati dairənin saytına istinadən xəbər verir ki, Atlantik okeanında yerləşən bu səfalı adalarda istirahət etmək üçün COVID-19 testinin müsbət nəticəsi və keçirilmiş xəstəliyə dair rəsmi arayış təqdim olunmalıdır. Həm də adi sürətli test işə yaramır, yalnız G sinif anticisimlərə əsaslanan seroloji analiz və PCR diaqnostikasının rəyi qəbul edilir.

Adaların məxsus olduğu Pernambuko ştatının dövlət səhiyyə katibi Andre Lunqo bu barədə deyib: “Noronya COVID-19 epidemiyasına nəzarət baxımından uğurlu nümunədir. Burada artıq neçə vaxtdır daxili yoluxma halları qeydə alınmır. Bu vəziyyəti qoruyub saxlamalıyıq”.
Report