Bu anlaşma rəsmi Kremlin xoşuna gəlməyəcək, növbəti provokasiyalara hazır olmalıyıqbackend

Bu anlaşma rəsmi Kremlin xoşuna gəlməyəcək, növbəti provokasiyalara hazır olmalıyıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hələ 90-ci illərdən Türkmənistan qazının Azərbaycana, sonra isə boru kəmərləri ilə Avropaya nəql edilməsi ciddi müzakirə mövzusu idi. Hələ “Nabukko” layihəsinin müzakirəsi zamanından bu məsələ gündəmdə idi. Rusiyanın Xəzərin dibi ilə “TransXəzər” boru kəmərinin çəkilməsinə ciddi maniə yaradırdı. Xəzərin statusu ilə bağlı sənədə əlavə olaraq “Ekoloji protokolun” imzalanması “TransXəzərin” reallaşdırılması məsələsini ciddi sual altına qoydu”.

NOCOMMENT.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, Türkmənistanda baş tutan görüşdə mühim qərarlar alındı, məsələnin həlli yolu tapıldı:

“Türkmənistan öz sərhəddində İrana qaz verəcək, İran o qazla sərhəddə yerləşən yaşayış məntəqələrini qazlaşdıracaq, əvəzində artıq mövcud olan İran-Azərbaycan qaz boru kəməri vasitəsi ilə bizə eyni həcmdə qaz ötürəcək, Azərbaycan isə həmin qazı TANAP və TAP vasitəsi ilə Avropa çatdıracaq. Çox vacib anlaşmadı, İran bu razılaşmaya həm də ona görə imza atdı ki, Vyanada İranın nüvə məsələsi ilə yeni danışıqlar başlayıb – rəsmi Tehran sanksiyalardan qurtulmağa çalışır, AB-yə isə daha çox qaz lazımdı ki, Moskvanın təsirlərlərini azaltsın. Bir daha, vacib anlaşmadı, Türkmənistan, Azərbaycan, İran, həm də Avropa qazanacaq”.

“Bu anlaşma rəsmi Kremlin xoşuna gəlməyəcək, növbəti provokasiyalara hazır olmalıyıq, amma yavaş-yavaş da Moskva ilə danışıqlar üçün əlavə alətlər əldə etməliyik, bunlardan biri qaz məsələsi olacaqsa, digəri də Türkiyənin ölkəmizdə Hərbi-Təlim Mərkəzlərinin yaradılması qərarı olmalıdır…”, – deyə Natiq Cəfərli xüsusi vurğulayıb.
yenisabah