Qanunvericiliyə görə avtobus zolağına digər nəqliyyat vasitələrinin daxil olması qadağandır və buna görə sürücülər 100 manat cərimə olunur. Bəs avtobus sürücüləri öz zolaqlarından çıxıb digər zolağa daxil olduqda cərimələnə bilərmi?
NOCOMMENT.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev Metbuat.az-a açıqlamasında bildirib ki, avtobus zolaqları 1.1 üfiqi nişanlama xətti ilə digər zolaqlardan ayrılır. Avtobusun həmin xətti keçərək digər zolağa daxil olması isə 1.1 — yəni düz xətt nişanlamasının tələbinin pozulması deməkdir.

“Bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunur. Avtobus zolağından çıxan sürücü istəmədən də olsa qayda pozuntusu törətmiş sayılır”, – deyə o qeyd edib.













