Azərbaycana elektrik avtobuslarının idxalı artıb.
Azərbaycana elektrik avtobuslarının idxalı artıb.
NOCOMMENT.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2026-cı ilin yanvar ayında Çindən ölkəyə 29,083 milyon ABŞ dolları dəyərində 105 ədəd yalnız elektrik mühərriki ilə işləyən avtobus idxal edilib. Hesablamalara əsasən, bir avtobusun orta dəyəri təxminən 277 min manat təşkil edib.
Ümumilikdə isə hesabat dövründə Azərbaycana 176,5 milyon ABŞ dolları dəyərində 7 591 ədəd avtomobil gətirilib. Ötən ilin eyni ayı ilə müqayisədə idxal olunan nəqliyyat vasitələrinin sayı 72 ədəd və ya 0,9% azalsa da, dəyər ifadəsində 37,5 milyon dollar, yəni 27% artım qeydə alınıb.
Statistik göstəricilərə əsasən, yanvar ayında ölkəyə 36,8 milyon ABŞ dolları dəyərində 189 ədəd (sürücü daxil olmaqla 10 və daha çox sərnişin üçün nəzərdə tutulmuş) nəqliyyat vasitəsi idxal olunub. Bununla yanaşı, 125,7 milyon ABŞ dolları dəyərində 6 774 ədəd əsasən minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri də ölkəyə gətirilib. xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2026-cı ilin yanvar ayında Çindən ölkəyə 29,083 milyon ABŞ dolları dəyərində 105 ədəd yalnız elektrik mühərriki ilə işləyən avtobus idxal edilib. Hesablamalara əsasən, bir avtobusun orta dəyəri təxminən 277 min manat təşkil edib.
Ümumilikdə isə hesabat dövründə Azərbaycana 176,5 milyon ABŞ dolları dəyərində 7 591 ədəd avtomobil gətirilib. Ötən ilin eyni ayı ilə müqayisədə idxal olunan nəqliyyat vasitələrinin sayı 72 ədəd və ya 0,9% azalsa da, dəyər ifadəsində 37,5 milyon dollar, yəni 27% artım qeydə alınıb.
Statistik göstəricilərə əsasən, yanvar ayında ölkəyə 36,8 milyon ABŞ dolları dəyərində 189 ədəd (sürücü daxil olmaqla 10 və daha çox sərnişin üçün nəzərdə tutulmuş) nəqliyyat vasitəsi idxal olunub. Bununla yanaşı, 125,7 milyon ABŞ dolları dəyərində 6 774 ədəd əsasən minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri də ölkəyə gətirilib.









