Bu avtomobillərdə sürət öz-özünə artır, ya da azalır TƏHLÜKƏ – VİDEObackend

Bu avtomobillərdə sürət öz-özünə artır, ya da azalır TƏHLÜKƏ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə və Yaponiya kimi ölkələrdə avtomobillərin böyük əksəriyyətinin sükanı sağ tərəfdədir. Lakin bu avtomobillərin sonradan digər ölkələrdə sükanı dəyişdirilərək ölkəmizə satış məqsədi ilə gətirilir.

Belə avtomobillərdə sürət öz-özünə artır, ya da azalır.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, usta İsa Yusibov deyir ki, ili köhnə avtomobillərdə bu proses o qədər də problem yaratmırdı. Yeni avtomobillərdə isə vəziyyət başqa cürdür.

Usta hesab edir ki, həmin avtomobilləri xaricdə ucuz aldıqları üçün bəzi işbazlar onu Azərbaycana gətirib baha satmaq məqsədi ilə sükanın yerini dəyişirlər.

Bəs bu proses necə həyata keçirilir? Sükanın yerini dəyişərkən detallar dəqiqliklə sağdan sola köçürülürmü?

Usta deyir ki, avtomobil alarkən mütləq onu diaqnostika etdirmək lazımdır. Əks halda, həm aldana, həm də külli miqdarda ziyana düşə bilərisiz.

Qeyd edək ki, 1998-ci ildə qəbul edilən qanuna görə sükanı sağda olan avtomobillərin ölkəyə gətirilməsi qadağan edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.