Bu avtomobillərin sahiblərinə XƏBƏRDARLIQbackend

Bu avtomobillərin sahiblərinə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Donmaya qarşı müqaviməti az olan yağlar hibrid və yaxud da “plug-in hibrid” avtomobillərin mühərrikinə zərər vurur. İli yeni olsa da həmin avtomobillərdə bir müddət sonra yağ azalması baş verir. Nəzərə alsaq ki, hər keçən gün hibrid və yaxud da pulug-in hibrid avtomobillərinə maraq çoxalır bu da bir o qədər problem deməkdir.
NOCOMMENT.az bildirir ki, bu barədə Xəzər TV xəbər verir.
Yağlar üzrə mühəndis Aftil Əliyev deyir ki, “plug-in hibrid” avtomobillərinə istehsalçının tələbinə uyğun yağ tökülmədikdə mühərrik üçün ciddi risk yaradır. Yağ tez qızır və getdikcə azalma müşahidə olunur.
Mütəxəssislər deyirlər ki, yağ seçimi zamanı avtomobilin servis kitabçasında qeyd edilən göstəricilər əsas götürülməlidir. Bu o deməkdir ki, “plug-in hibrid” avtomobillərdə yağ seçimi məsələsində edilən kiçik səhv, böyük ziyana səbəb ola bilər.