Bu ayın müavinət, təqaüd və kompensasiyaları ödənilibbackend

Bu ayın müavinət, təqaüd və kompensasiyaları ödənilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

NOCOMMENT xəbər verir ki, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Xüsusi karantin rejimi ilə əlaqədar olaraq vətəndaşlar bu vəsaitlərini istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur. Yaxın günlərdə isə avqust ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.