“Bu növbəti dezinformasiyadır. İlk olaraq bu ərazilərdə hansısa aclıqdan, blokadadan söhbət gedə bilməz”.
Bunu NOCOMMENT.az-a David Qaltsyanın verdiyi açıqlama barəsində danışarkən millət vəkili Cavid Osmanov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan Ağdam-Xankəndi yolundan humanitar yardım getməsini təklif edir. “Əgər orada doğrudanda aclıq var idisə orada olan separatçılar onların qarşısını kəssə belə orada yaşayan insanlar istənilən halda o yardımların qəbul edilməsinə şərait yaradardılar. Bu baxımdan da bu növbəti dezinformasiyadır, Azərbaycana qarşı olan informasiya təxribatıdır. Hələ Rusiya tərəfindən göndərilən humanitar yardımdan bir neçə gün əvvəl Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən artıq 10 gündən çoxdur ki, humanitar yardım Ağdam-Xankəndi yolu istiqamətində yola çıxmışdı. Amma Separatçı rejim tərəfindən onların qəbul olunmasına maneələr törədilmişdi. Bu baxımdan Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazilərində yalnız Azərbaycan qanunları çərçivəsində hərəkət edilməsini planlaşdırır. Ermənistan tərəfindən verilmiş bu açıqlama ölkəmizə qarşı növbəti informasiya təxribatıdır”.
C. Osmanov sonda qeyd edib ki, Bu açıqlama ilə Ermənistan tərəfi növbəti dəfə informasiya təxribatı törədərək beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. “Amma artıq bütün dünya görür ki, burada separatçı rejim və Ermənistan humanitar yardımların qəbul olunmasına birmənalı olaraq maneəçilik törədirlər”.