Bu bağçaya qəbul üçün hər uşaqdan 500 manat alınır?backend

Bu bağçaya qəbul üçün hər uşaqdan 500 manat alınır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

177 saylı bağça müdirinin rəhbəri Lalə Hüseynova bağçaya qəbul üçün hər uşaqdan 500 manat alındığına dair iddialara cavab verib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Lalə Hüseynova açıqlamasında sözügedən bağça ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

Direktor qeyd edib ki, yayılan səs yazısı onun rəhbərlik etdiyi bağçanın əməkdaşına aid deyil: “Həmin görüntülərdə sadəcə bizim bağçanın fotosu əks etdirilib və guya əməkdaşımızın danışdığı iddia olunur, bu, sadəcə montajdır. Bağçamıza uşaq qəbulu pulsuzdur və qanunauyğun olaraq aparılır”.