Bu bankın İdarə Heyətinin sədri dəyişibbackend

Bu bankın İdarə Heyətinin sədri dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rabitəbank” ASC İdarə Heyətinin yeni sədri Aydın Hüseynov təyin edilib.

NOCOMMENT xəbər verir ki, report-a Bankdan verilən məlumata görə, o, bu vəzifədə Elçin Qədimovu əvəz edib.

Aydın Hüseynov bu təyinatdan öncə “Rabitəbank”ın Müşahidə Şurası sədrinin müavini olub.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.

Bankın səhmlərinin 40,6%-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19%-lik səhmdarı), 30%-i Validə Abbasovaya, 11,48%-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 9,11%-i Dilarə Nuriyevaya, 7,6%-i Seyran Nuriyevə (Bankın Baş direktoru), 1,07%-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14%-i isə 12 hüquqi şəxsə məxsusdur.