Bu bazarda qaloşla balıq bir piştaxtadan satılırbackend

Bu bazarda qaloşla balıq bir piştaxtadan satılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“8-сi km bazarının bağlanmasına çox sevinirəm. 21-ci əsrin üçüncü dekadasında paytaxtda belə bazarın olması utancdır. Qaloşla balıq bir piştaxtadan satılır”. 

NOCOMMENT.az xəbər verir ki, bunu iqtisadçı Samir İsmayıl sosial şəbəkə hesabında yazıb. O, “8-ci km bazarının” bağlanması ilə bağlı xəbəri şərh edib. Bildirib ki, çoxlarının “ucuz” bazar kimi tanıdığı bu obyekt ərazini cəhənnəmə çevirib:

“Hər an yanğın baş verə bilər. Həm də antisanitariya mərkəzidir. Orada yaşayan sakinlər rəsmən bazarın girovudur. Alver maşın yolunun tən ortasında gedir.

Onu ləğv edib, yerində nə tikəcəkləri hələ bilinmir. Əslində orada park olmalıdır. Həmin bazar parkın yerini işğal edib. Çobanzadə küçəsindən başlayan park Q.Qarayev prospektində qırılıb”.