Bu cür alış-verişlər çox risklidir – AÇIQLAMAbackend

Bu cür alış-verişlər çox risklidir – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnternet üzərindən Koreyadan avtomobil alan şəxs külli miqdarda ziyana düşüb.

NOCOMMENT xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxt sakini Vüqar Şahmuradov deyir ki, bir neçə ay öncə sözügedən ölkənin istehsalı olan avtomobili gömrük rəsmiləşdirməsi xərci ilə bərabər 14 min manata Bakıya gətirdib. Lakin ikinci əl avtomobili ustaya apararkən məyusluq yaşayıb. Belə ki, maşının bir çox hissəsində nasazlıq aşkarlanıb.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı NOCOMMENT-ə bildirib ki, bu barədə hələ də heç bir hüquqi prosedurlar tam aydın deyil: “İnternet üzərindən alış-veriş yeni sistemdir. Bəlkə də dünyanın bəzi ölkələrində artıq bu məsələnin hüquqi prosedurları müəyyən olunub, sadəcə olaraq Azərbaycanda bu sahədə qanunvericilikdə boşluq var. Bu proses ölkədaxilində baş vermədiyi üçün bütün zərər alıcının üzərində qalır. Ola bilər ki, alıcı satıcıya qarşı beynəlxalq məhkəməyə və ya yerli Koreya məhkəməsinə müraciət etsin, lakin bu uzun prosesdir”.

Ekspert əlavə edib ki , internet üzərindən alışveriş edərkən çox diqqətli olmaq lazımdır.

Qeyd edib ki, avtomobil alarkən ən uyğun olanı həmin ölkədə yaşayan dost-tanışları və ya bir həmyerlimizdən maşına baxış keçirmələri, servisə aparmaları üçün rica etməkdir: “İndiki dövr üçün bu cür alışverişlər çox risklidir, xüsusən də, nəqliyyat vasitələrində. Xarici ölkədə əmlak və ya nəqliyyat vasitəsi aldıqda həmin ölkədə yaxınların, dostların olması çox vacibdir”.

Nərmin Vüqarqızı