Bu dəfə Akopcanyan dedi: Tiflis də erməni şəhəridirbackend

Bu dəfə Akopcanyan dedi: Tiflis də erməni şəhəridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış erməni siyasi analitik Razmik Akopcanyan Gürcüstana qarşı iddia ilə çıxış edib. Onun sözlərinə əsasən, gürcülər guya ermənilərə qarşı nankorluq edir, keçmişlərini udurlar.

NOCOMMENT xəbər verir ki, bu fikirləri Akopcanyan öz analitik yazısında bildirib.

“Gürcülər Gürcüstanı kainatın mərkəzi saysalar da, bu dövlətin yaranmasında, varlığında ən böyük rolu ermənilərin oynadığı bəllidir. Əslində, onların paytaxtı Tiflis də qədim erməni şəhəridir. Üstəlik, hazırda çoxlu sayda erməni kilsəsi “gürcü kilsələri” kimi təqdim olunur. Nə edək, bizim də belə qonşularımız var. Gürcülər daim bizə arxadan zərbələr endiriblər”, – deyə erməni ekspert qeyd edib.

Xatırladaq ki, keçən həftə Ermənistan-Avropa Partiyasının həmsədri Tiqran Xzmalyan da eyni fikirləri səsləndirmişdi.