VII çağırış Milli Məclisin 15 komitəsi formalaşdırılıb. Komitə sədrləri aşağıdakı deputatlar seçilib:
– İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi – Azər Əmiraslanov
– Elm və təhsil komitəsi – Anar İskəndərov
– Regional məsələlər komitəsi – Siyavuş Novruzov
– Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi – Arzu Nağıyev
– İnsan hüquqları komitəsi – Zahid Oruc
– Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi – Sadiq Qurbanov
– Aqrar siyasət komitəsi – Tahir Rzayev
– Əmək və sosial siyasət komitəsi – Musa Quliyev
– Mədəniyyət komitəsi – Polad Bülbüloğlu
– Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi – Səməd Seyidov
– Səhiyyə komitəsi – Əhliman Əmiraslanov
– Ailə, qadın və uşaq məsələləri komitəsi – Hicran Hüseynova
– Gənclər və idman komitəsi – Şahin İsmayılov
– İctimai birliklər və dini qurumlar komitəsi – Fazil Mustafa
– Hüquq siyasəti və dövlət quruculuğu – Əli Hüseynli.
Qeyd edək ki, VI çağırışda komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə ediblər. Bu çağırışda da onlara həmin markadan olan maşınlarla təmin olunacağı gözlənilir.