Bu dövlət rüsumu ləğv edildibackend

Bu dövlət rüsumu ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

NOCOMMENT.az-ın məlumatına görə, qanuna təklif edilən dəyişikliyə əsasən, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsimləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Qanuna təklif edilən dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.