Bu əlamətlər varsa, öd kisəniz işləmir – Nə etməli?backend

Bu əlamətlər varsa, öd kisəniz işləmir – Nə etməli?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu əlamətlər varsa, öd kisəniz işləmir – Nə etməli?

Çox zaman USM mütəxəssisləri və qastroenteroloqlar yarızarafat, yarıgerçək deyir: İnd ödü normal işləyən pasiyent yoxdur.

Müasir həyat tərzi və qidalanma öd kisəsinin fəaliyyətini pozur.

NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, öd kisəsini bəzən zəhər torbası da adlandırılır. Kiçik olsa da orqnanizmdə vacib orqandır. Qaraciyərin altında, az qala bitişik yerləşib, öd turşusu anbarı rolunu oynayır, bütün həzm prosesində iştirak edir.

Armuda bənzər formadadır, özünün yolları var. Orqan qaraciyərdən gələn öd şirəsini yığır və öz axacaqları vasitəsilə bağırsağa ötürür və orda həzm baş verir.

Öd kisənizin artıq çətin işlədiyini göstərən bu əlamətlərə diqət!

1. Sağ qabırğa altından qarına yayılan sancı, ağrı

Əsasən səhərlər, insan ac olanda və qida qəbulundan sonra bu ağrı başlayır. Ağrı kifayət qədər intensivdir və çiyinə, qola, belə yayıla bilər.

Ağrı əsasən öd kisəsi iltihabında, daşması zamanı, eləcə də daş olanda hiss olunur. Daş hərəkət etdikcə ağrı artır. Öd yolu çox nazir, ensizdir. Ora daşın düşməsi isə olduqca təhlükəli və tutma şəkilli ağrı verir.

2.Mütəmadi ürəkbulanma, ağır yeməkdən sonra qusma

Öd daşları öd yollarını tutduqda, xolesistit adlı iltihabi proses yaradır. Bu zaman öd bağırsağa keçə bilmir, həzm pozulur. Ödün divarları şişir, ağrı verir və bu mədəyə də təsir edərək, ürəkbulanma, qusma verir. Əgər yeməkdən sonra qusmalar artırsa, ödünüzü yoxladın.

3.Mədədə yanğı, qıcqırma

Hər yeməkdən sonra mədədə yanma, gəyirmə, hıçqırma, ağıza acı öd dadı gəlməsi əlaməti varsa, bu öd daşı problemidir.

4.Dərinizin rənginin dəyişməsi

Əgər dəriniz, göz içi, ovuclar sanki gündə qaralmış, yanmış kimi rəng alırsa, saralırsa, bu öd yollarının tam tutulmasının əlamətidir. Öd daşı və ya hər hansı səbəb öd kisəsinin çıxacağını tutursa, istifadə olunmamış bilirubin yığılır və bu dəriyə sarı piqment verir. Bu zaman qanda bilirubinin də miqdarı yoxlanmalıdır.

5.Nəcisdə dəyişiklik

Sidiyin tündləşməsi, nəcisin isə ağarması öd kisəsi pozulmasının birinci siqnalıdır. Bu ifrazat məhsullarının da rənginə bilirubin cavabdehdir. Bilirubin öddən çıxıb, bağırsağa sovrulmursa, deməli, sidik və nəcisdə rənglənmə olmur.

6.Hərarətin səbəbsiz qaxlması, qəfil titrəmə, halsızlıq

Əgər sizdə qrip, virus olmadan, qızdırma, titrəmə baş verirsə, yanaşı olaraq, ürəkbulanma, qarında, sağ qabırğaaltında küt ağrı varsa, çox güman ki, öd axarı tutulub, öd kisəsində iltihab və infeksiya var. Bu çox kəskin vəziyyərdir və təcili yardım, xəstəxanaya müraciət mütləqdir.

Öd kisəsinin istənilən dəyişikliyini diaqnoz etmək üçün qastroenteroloq, terapevt qəbulu, USM və biokimyəvi analizlər lazımdır.