Bu ərazi Azərbaycana veriləcək – Erməni sakinlərbackend

Bu ərazi Azərbaycana veriləcək – Erməni sakinlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ərazisindəki Vardenis rayonunda (Basarkeçər) vəziyyət sakitləşmir.

NOCOMMENT.az bakupost.az-a xəbər verir ki, şəhər sakinləri yenidən İrəvana gedən əsas küçəni bağlayıblar.

Onlar hakimiyyətin Qeqarkunik rayonunun Vardenis (Basarkeçər) və Çəmbərək icmalarının pasport xidmətlərini bağlamaq qərarına etiraz edirlərr. Etirazçılar bu gün Qeqarkunik vilayətinin qubernatoru Karen Sərkisyanla görüşüblər. Lakin görüşün nəticəsi qənaətbəxş olmadığı üçün yenidən yolu bağlayıblar.

“Biz pasport şöbəsinin bağlanmasını istəmirik. Hərbi komissarlıq artıq bağlanıb. Bura şəhərdir, yoxsa kənd? Nəvəmi hərbi komissarlığa aparmaq üçün 5000 dram həcmində yanacaq doldurub Martuniyə (Qeqarkunikdə şəhər-red.) gedib 7 saat orada gözləmək lazımdır. Vaxtilə burada hərbi komissarlıq olub. Bunun nəyi pis idi? Qubernatordan müsbət cavab almadıq. Biz tələb edirik ki, hərbi komissarlıq bərpa edilsin, pasport şöbəmiz köçürülməsin. Buradan meyitxananı da köçürdülər. Ölülərimizi Martuniyə aparıb oradan geri gətirdik”, – sakinlərdən biri deyib.

Digər etirazçı əlavə edib ki, yəqin ki, bu ərazi Azərbaycana veriləcək, ona görə də dövlət idarələrini buradan köçürürlər.

Vardenisdə (Basarkeçər) yerləşən qurumların nümayəndələri uzun müddətdir ki, pasport şöbəsinin saxlanılmasınadəstək üçün imza toplayırlar. Çoxlu sayda imza toplanıb. Onlar imzaları qubernatorluğa təqdim etməyə hazırlaşır və qaneedici cavab gözləyirlər.

Qeyd edək ki, Qeqarkunik rayonunun Vardenis (Basarkeçər) və Çəmbərək icmalarının pasport xidmətlərinin bağlanmasına hazırlıq görülür. Qeqarkunik rayonunun bütün pasport xidmətlərinin Martuni icmasının pasport xidmətinə qoşulması planlaşdırılır.

Miqrasiya və Vətəndaşlıq Xidmətindən bildirilib ki, miqrasiya sahəsində dərin islahatlara başlanılıb.