Bu ərazidə 6 mindən çox bina tikiləcəkbackend

Bu ərazidə 6 mindən çox bina tikiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘Əsrin fəlakəti’ olaraq xarakterizə edilən 6 fevral zəlzələlərindən zərər çəkən Kahramanmaraşın Göksun rayonunda 6 mindən çox binanın inşası planlaşdırılır.

NOCOMMENT xəbər verir ki, Episentri Pazarcık və Elbistan rayonları olan 7,7 və 7,6 bal gücündə zəlzələlərin təsirinə məruz qalan Göksunda, artçı təkanlar səbəbiylə “xəsarətsiz” olduğu bildirilən evlərinə girməkdə tərəddüd var. Göksun Bələdiyyə Başçısı Hüseyn Coşqun Aydın təbii fəlakətdən sonra yaraların sağalması üçün ciddi işlər gördüklərini bildirib.

Fəlakətdən dərhal sonra 1200 personal və 120 texnika ilə başladıqları axtarış-xilasetmə işlərinin dördüncü gündə tamamlandığını bildirən Aydın, 6 fevralda baş verən zəlzələlərdə rayonlarında 654 binanın dağıldığını söylədi. Söküləcək olanlarla birlikdə sayı 6633-ə çatacaq.