Bu ərazilərdə “ASAN xidmət” mərkəzləri yaradılacaqbackend

Bu ərazilərdə “ASAN xidmət” mərkəzləri yaradılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğaldan azad olunmuş ərazilərimizdə böyük infrastruktur layihələri həyata keçirilir. Vətəndaşlarımızın həmin ərazilərə köçürülməsi ilə bağlı zəruri şərait yaradılır. Vətəndaşlarımız köçdükdən sonra ərazilərdə yeni “ASAN xidmət” mərkəzləri də yaradılacaq”.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

O xatırladıb ki, hazırda Şuşada “ASAN xidmət” fəaliyyətdədir və bütün Şuşa, Xankəndi və ətraf rayonlarda yaşayan sakinlərə xidmət edir:

“Gələcəkdə də artıq əhali tam məskunlaşdıqdan sonra digər bölgələrdə, rayonlarda da bu məsələyə baxılacaq”.

Xarici ölkələrin “ASAN xidmət”in təcrübəsini öyrənməsi barədə danışan sədr deyib ki, artıq 25 ölkə və beynəlxalq təşkilat onun rəhbərlik etdiyi qurumla saziş imzalayıb:

“ASAN xidmət”in ölkə təcrübəsini paylaşırıq və demək olar ki, dörd qitədə ölkələr “ASAN xidmət” təcrübəsini öyrənirlər”.\\oxu.az